Buraxılış imtahanlar nə vaxt keçiriləcək?

Buraxılış imtahanlar nə vaxt keçiriləcək?
16:08 9 Fevral 2017
1159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il ilk dəfə olaraq IX sinif buraxılış imtahanları iki dəfə keçiriləcək. Birinci imtahanın mart ayında keçiriləcəyi gözlənilsə də, hələ ki, onun dəqiq tarixi ictimaiyyətə açıqlanmayıb. Lakin paytaxtın bəzi məktəblərindən imtahanların mart ayının 3-də baş tutacağı ilə bağlı şagirdlərə məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən isə Publika.az-a bildirilib ki, IX sinif buraxılış imtahanlarının martın 3-də keçiriləcəyi ilə bağlı məktəblərə heç bir məlumat verilməyib: “İmtahanlar 4 mərkəz üzə ayrı-ayrı günlərdə təşkil ediləcək. Lakin hələ ki, imtahanların tarixləri barədə məlumatlar dəqiqləşməyib. Yaxın iki həftə ərzində qrafik tam müəyyən edilib ictimaiyyətə açıqlanacaq”.

Mətbuat xidmətindən bildirilib ki, qəbul imtahanlarının şərtləri, qaydalarının əks olunduğu “Abituriyent 1” jurnalı da yaxın zamanda çap olunacaq: “Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləndən sonra jurnal çap olunacaq”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/187119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR