Xəzərdə eşqin səsi sədalanacaq!

Xəzərdə eşqin səsi sədalanacaq!
16:17 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi "Söz" Ədəbiyat Layihəsi çərçivəsində 14 fevral 2017-ci il, saat 19:00-da Nizami Kino Mərkəzində Türk və Azərbaycan dillərində şeirlərin professional teatr sənətçiləri tərəfindən səsləndiriləcəyi, Savalan Musiqi Qrupu və Müğənni Lalə Məmmədovanın da səhnə alacağı "Xəzərdə Eşqin Səsi" adlı 2-ci Türk Şeir Gecəsi keçiriləcəkdir. Gecədə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral, Millətvəkilləri, Şairlər və Aktyorlar iştirak edəcəklər.

Yunusdan Mövlanəyə; Orxan Vəlidən Abdurrəhim Karakoça; Nəsimidən Şəhriyara; Mikayıl Müşfiqdən Hüseyn Cavidə..dilimiz, tariximiz və gələcəyimiz bir olan qardaş Azərbaycan xalqı ilə ədəbi zənginliyimizdə görüşəcəyik.
Sevdanın, zəfərlə bitən bir səyin adı; həsrətin qardaşı; bir uşaq gülüşü, bir körpə ağlaması; bir yarpağın suya süzülüşü, torpağı öpən yağışın, küləkdə uçuşan qarın qoxusu olan şeirə; şeirin çağırışına qulaq asacaqsınız.
Bu gecə boxçası şeir dolu olan sevgi sərnişinləri tərəfindən qəlblərinizin qapıları döyüləcək. Həmin sərnişinlər ki onlara şair deyirik, içlərində çağıltılı çayların axdığı insan istiliyindəki ürəkləri ilə qəlblərinizi qanadlandırmaq və səmaya yeni bir rəng qatmaq üçün hüzurlarınıza gələcəklər. Şeiri bir geyim kimi kürəyinə geymiş olaraq; sözlərə qovuşmanın dadını, ayrılığın acısını yükləyərək, sözü ən incəlikli şəkliylə damızdıraraq sizə poetik dilin həzzini eşitdirəcəklər. Əsrlərdir olduğu kimi, qaranlıqdan işıqlığa; nifrətdən sevgiyə; döyüşdən sülhə dəvət edəcəklər.

Bütün ürəklərə səsləniləcək bu gecədə eşqin səsi sədalanacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/515881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR