Nazir: “Azərbaycan “Metsamor” AES-in vəziyyətindən narahatdır”

Nazir: “Azərbaycan “Metsamor” AES-in vəziyyətindən narahatdır”
16:23 9 Fevral 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

“Biz “Metsamor” AES-lə bağlı vəziyyətdən narahatıq”.

Bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu stansiya tamamilə köhnəlib və “Çernobl variantı”na keçib: “Xoşbəxtlikdən “Rosatom” hansısa əlavə vəsaitlər verir. Lakin ümumilikdə bu, istifadəyə yararlılıq müddəti keçmiş elektrik stansiyasıdır. Əgər nəsə baş versə, bundan tək Ermənistan zərər görməyəcək. Çernoblın təsirləri İsveçə kimi gedib çıxıb və nəticələri hələ də indiyə kimi məlum deyil”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR