Bakıda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib
16:37 9 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda avtomobillər iki piyadanı vuraraq ağır xəsarət yetirib.
"Report"un xəbərinə görə, hadisələrdən biri Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Körpünün üzərində piyada üçün müəyyən olunmayan yerdən keçmək istəyən 1974-cü il təvəllüdlü Ceyhun Teymurovu avtomobil vurub. Yaralı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Digər hadisə Surxanı rayonunda qeydə alınıb. Belə ki, Əmircan qəsəbəsində yol kənarı ilə hərəkət edən 45 yaşlı Dilqəm Mirzəyevi avtomobil vurub. Ağır xəsarət alan D.Mirzəyevi hadisəni törədən sürücü xəstəxanaya yerləşdirib.
Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobiller-iki-piyadani-vuraraq-agir-xesaret-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR