Evlənmək istəyən 166 nəfərdə QİÇS aşkarlandı

Evlənmək istəyən 166 nəfərdə QİÇS aşkarlandı
16:43 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 10215 nəfər keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238509 nəfər keçib. Müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/187127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR