Burak Özçivit üsyan etdi

Burak Özçivit üsyan etdi
16:48 9 Fevral 2017
321 Şou
Ölkə mətbuatı
A- A+

Evlilik hazırlıqlarına başı qarışan Fahriye Evcen və Burak Özçivit dünən jurnalistlərin suallarını cavablandırıb.

Publika.az Türkiyə mətbuatına istindən xəbər verir ki, ulduzlar uzun müddətdən sonra ilk dəfə birlikdə şam yeməyinə çıxdıqlarını etiraf edib. Burak “Gərgin iş qrafikindən dolayı görüşə bilmirik. İki aydan sonra ilk dəfədir ki görüşürük", - deyə üsyan edib.

Burak Özçivit “Ölənə qədər” (Ölene kadar) serialı ilə ekrana qayıdan sevgilisi Fahriye Evceni yaxından təqib etdiyini açıqlayıb. Yaraşıqlı aktyor “Rəqabət varmı?” sualına "Yox, heç bizim aramızda rəqabət olar?" deyə cavab verib.

Yay aylarında evənməyi planlaşdıran məşhur cütlük toyun detalları ilə bağlı məlumat vermək istəməyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/187128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR