Bakı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə iştirak etməyə hazırdır

Bakı Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə iştirak etməyə hazırdır
16:52 9 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəsmi Bakı Mokvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşündə iştirak etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib: "Bu ideya mən Moskvada olarkən səsləndirilmişdi. Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirməyi təklif etmişdi. Mən hazır olduğumu bəyan etdim".

E.Məmmədyarovun sözlərinə görə, görüşün təxmini tarixi müzakirə olunmayıb: "Bu, qrafiklərin razılaşdırılmasını tələb edir. Konkret vaxtla bağlı təklif hələ bizə daxil olmayıb, lakin bizim prinsipial razılığımız var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/515928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR