ATƏT-in yeni sədrinin Cənubi Qafqaza səfəri gözlənilir

ATƏT-in yeni sədrinin Cənubi Qafqaza səfəri gözlənilir
16:52 9 Fevral 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan yeni sədri Sebastyan Kurtsun Cənubi Qafqaz regionuna səfəri gözlənilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin (MM) sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

Səfərin tarixini açıqlaya bilməyəcəyini deyən MM sədrinin müavini S.Kurtsun səfərini gözlənilən sayıb:

"Çünki ATƏT-in bütün fəaliyyətdə olan sədrləri fəaliyyətə başladığı zaman onların gedəcəkləri bölgələrdən biri də Cənubi Qafqaz olur. Bu da birmənalıdır. Çünki Cənubi Qafqaz bu gün konfliktlərlə üzləşən və bütün dünya ölkələrinin, beynəlxalq təşkilatların marağında olan bir bölgədir. Ona görə də onun regioaqna səfər etməsi gözləniləndir və məqsədəuyğun sayılır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/515926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR