"Plastiq əməliyyat etdirən kişilərə yaxşı baxmıram" - Samirə

"Plastiq əməliyyat etdirən kişilərə yaxşı baxmıram" -  Samirə
17:06 9 Fevral 2017
294 Şou
Ölkə mətbuatı
A- A+

Aşıq Samirə Əliyeva "Hər şey daxil" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı ifaçıya “Kişi nə dərəcədə baxımlı olmalıdır” sualını ünvanlayıb.

S.Əliyeva kişilərin plastik əməliyyat etdirməsinə yaxşı baxmadığını deyib:

"Kişi səliqəli olmalıdır. Həddən artıq baxımlılar var ki, eləsini bəyənmirəm. Səhnə adamının plastik əməliyyat etdirməsini bir az başa düşmək olar. Amma adi insanlar var ki, əməliyyat etdirir, onlara normal baxmıram. Hərənin Allahdan bir gözəlliyi var, o bəsdir. Səliqə-səhman olsun yetər. Kişidən müəyyən qoxular gəlməsin, ətir vursun, ayaqqabısının tozu olmasın, saçı səliqəli etsin... Səliqə tək efirə çıxanda yox, evdə də olmalıdır".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR