Eyfel qülləsi təhükəsizliyə görə şüşə divarla əhatələnəcək

Eyfel qülləsi təhükəsizliyə görə şüşə divarla əhatələnəcək
17:07 9 Fevral 2017
128 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Fransa paytaxtı Parisin əsas rəmzi sayılan Eyfel qülləsi təhlükəsizliyə görə gülləkeçirməyən şüşə divarla əhatələnəcək.
"Report" xəbər verir ki, bu barədə "Parisien" qəzeti yazıb. Hündürlüyü 2,5 metr olacaq divarın inşası 20 milyon avroya başa gələcək. Divarın inşasının payızda başa çatacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl - futbol üzrə Avropa Çempionatı-2016 ərəfəsində qüllənin ətrafında metal hasarlar və yoxlama məntəqələri quraşdırılmışdı.
Xatırladaq ki, Eyfel qülləsi Fransa hökumətinin sifarişi əsasında mühəndis Qustav Eyfel tərəfindən 1889-cu ildə Paris sərgisi üçün tikilib və o dövrün dünyadakı ən hündür tikilisi olub. Abidəni ildə təqribən 7 milyon nəfər ziyarət edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/eyfel-qullesi-tehukesizliye-gore-suse-divarla-ehatelenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR