İran səfiri: "Bu regionda sülhün bərpa olunacağına ümid edirik"

İran səfiri: "Bu regionda sülhün bərpa olunacağına ümid edirik"
17:12 9 Fevral 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ "Bu regionda sülhün bərpa olunacağına ümid edirik".
"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında Azərbaycanın Ermənistan işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası məsələsini şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
O, kəndin bərpa edilməsinin və məcburi köçkünlərin geri qaytarılmasının mühüm olduğunu bildirib.
C.Cahangirzadə qeyd edib ki, gələn həftə Azərbaycanda akkreditə olunmuş səfirlər bu kəndə səfər edəcəklər və bərpa işləri ilə maraqlanacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-ran-sefiri-bu-regionda-sulhun-berpa-olunacagina-umid-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR