Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşü ilin ikinci yarısında keçiriləcək

Azərbaycan, İran və Türkiyə XİN başçılarının görüşü ilin ikinci yarısında keçiriləcək
17:17 9 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü 2017-ci ilin ikinci yarısında keçirilə bilər.
"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında jurnalistlərə deyib.
"Hələlik görüşün tarixi və yeri məlum deyil. Güman ki, bu görüş İranda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq. Görüşdə həmçinin üç ölkənin prezidentlərinin gözlənilən görüşün tarixinin və gündəliyinin müzakirə ediləcəyi gözlənilir" - səfir bildirib.
Qeyd edək ki, İranda prezident seçkiləri bu il mayın 19-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-i-ran-ve-turkiye-xi-n-bascilarinin-gorusu-ilin-ikinci-yarisinda-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR