ABŞ MKİ-nin yeni direktoru Mayk Pompeo Türkiyədə səfərdədir

ABŞ MKİ-nin yeni direktoru Mayk Pompeo Türkiyədə səfərdədir
17:37 9 Fevral 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Mayk Pompeo Türkiyədə səfərdədir.
“Report” “Cümhuriyet”ə istinadən xəbər verir ki, bu, onun xarici ölkəyə ilk rəsmi səfəridir.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair məsələlər, o cümlədən terrorçu PKK qruplaşması və onun Suriyadakı qolu “PYD”nin fəaliyyəti, habelə Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
53 yaşlı Pompeo Respublikaçılar Partiyasına aid Çay Partiyası Hərəkatının üzvüdür. 2011-ci ildən 2017-ci ilə qədər, MKİ-nin direktoru təyin olunanadək Konqresdə Kanzası təmsil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-mki-nin-yeni-direktoru-mayk-pompeo-turkiyede-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR