SOCAR büdcə ödənişini 9% artırıb

SOCAR büdcə ödənişini 9% artırıb
17:47 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128,187 mln. manat vəsait ödənilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10,505 mln. manat və ya 8,9% çox olub.
Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,507 mln. manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,379 mln. manat və ya 23,5% çoxdur.



Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/socar-budce-odenisini-9-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR