Minksdən erməni deputatlara CAVAB: “Bunlar sadəcə emosiyalardır”

Minksdən erməni deputatlara CAVAB: “Bunlar sadəcə emosiyalardır”
17:53 9 Fevral 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

“Aleksandr Lapşinin Azərbaycana verilməsi fonunda erməni deputatlarının bəyanatları sadəcə emosiyalardır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik deyib.

“Belarus və Ermənistan bir sıra təşkilatlarda, həmçinin KTMT-də partnyor və dost ölkələrdir. Buna görə də Ermənistan parlamentində səslənən bəyanatlar sadəcə emosiyalardır”, - deyə Mironçik bildirib.

Qeyd edək ki, Ermənistanın parlamentinin dünənki iclasında müxalifətçi deputatı Nikol Paşinyan ölkənin Xarici İşlər Nazirliyindən Belarusdakı səfiri geri çağırmağı istəyib. Onun sözlərinə görə, İrəvan Minskin ünvanına ən sərt siyasi və diplomatik ölçüləri qəbul etməlidir. Bundan başqa, erməni deputatların çıxışlarında Belarusun KTMT-dən çıxarılması təklifləri dilə gətirilib.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz şəkildə səfər edən bloger Aleksandr Lapşinin fevralın 7-də gecə saatlarında Belarusdan Azərbaycana ekstradisiya edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR