Rusiya Mərkəzi Bankı neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Rusiya Mərkəzi Bankı neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb
17:57 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiya Bankının (Mərkəzi Bank) proqnozlarına görə, yaxın illərdə dünya bazarında neftin qiyməti 40-55 dollar/barel diapazonunda olacaq. 
"Report" RBC agentliyinə istinadən bildirir ki, bu açıqlama ilə Rusiya Bankının sədri Elvira Nabiullina çıxış edib. 
E.Nabiullina qeyd edib ki, 2017-lci ildə neftin orta qiyməti 40 dollardan yuxarı olacaq. Bunun səbəbini isə o, OPEC-in hasilatın azaldılması qərarı ilə əlaqələndirib. Baş bankir neft qiymətlərinin bir çox amildən asılı olduğunu xatırladıb və bunların başında ABŞ-ın neft siyasəti, şist neft istehsalı və OPEC-in hasilatı azaltmaqla bağlı qərarını uzadıb-uzatmaması amilləri durur.
E.Nabiullina həmçinin neftə olan tələbatın dəyişməsinin əsas səbəblərdən biri olduğunu deyib. O, Çinin neft idxalının həcminin neft qiymətlərinə təsirini xüsusi olaraq qeyd edib.  

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/rusiya-merkezi-banki-neft-qiymetleri-ile-bagli-proqnozunu-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR