İran Mərkəzi Bankının rəhbəri Azərbaycana gələcək

İran Mərkəzi Bankının rəhbəri Azərbaycana gələcək
18:02 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ İran Mərkəzi Bankının rəhbəri Vəliullah Seif gələn həftə Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, fevralın 12-13-də baş tutacaq səfər çərçivəsində V.Seif Bakıda iranlı iş adamları üçün bank əməliyyatlarının sadələşdirilməsi, iki ölkə arasında bank sektorunda əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-ran-merkezi-bankinin-rehberi-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR