Aparıcı Leyla gənclərlə birgə filmə baxdı - FOTO

Aparıcı Leyla gənclərlə birgə filmə baxdı - FOTO
18:03 9 Fevral 2017
207 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Leyla Quliyeva “Cinemaya ADDIM”-la layihəsinin növbəti qonağı olub.

Publika.az xəbər verir ki, layihə çərçivəsində məşhur aparıcı gənclərlə birlikdə rejissor Kivanc Baruönün "Görümcə" filmini izləyib. Tədbirin əvvəlində ADDIM Gənclər Təşkilatının üzvləri sevilən aparıcı ilə şəkillər çəkdirib.

L.Quliyevanın sözlərinə görə, kinoteatrlarda film izləməyə vaxtı olmur və gənclərlə birgə film izləməyə dəvət edildiyindən məmnunluğunu ifadə edib.

"Filmə bir neçə başqa üsulla - televizordan, internetdən yükləməklə, disk almaqla və ya gedib kinoteatrda baxmaq olar. Filmlərin nümayişindən üstünlüyü kino zallarının tutduğu aydın görünür. Ekranlara yeni çıxan filmlərə özü də kobud tərcümə və müxtəlif maneə olmadan ən keyfiyyətli versiyasına ilk növbədə məhz burada baxmaq mümükündür. Filmin parlaq epizodları yaddaşlarda və qəlblərdə daha dəqiq qalacaq. Və nəhayət, bu, həm də dostlarla vaxtı səmərəli keçirmək və ünsiyyət üçün gözəl fürsətdir”, - deyə Leyla Quliyeva bildirib.









Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/187137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR