Evlənmək istəyənlərdən 166 nəfərdə QİÇS, 935 nəfərdə isə sifilis tapılıb

Evlənmək istəyənlərdən 166 nəfərdə QİÇS, 935 nəfərdə isə sifilis tapılıb
18:22 9 Fevral 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2017-ci ilin yanvar ayında nikaha daxil olmaq istəyən 10215 nəfər tibbi müayinədən keçirilib.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna  qədər müayinədən 238509 nəfər keçib.

Nazirlik bəyan edir ki, 1 iyun 2015-ci il - 31 yanvar 2017-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/515968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR