"Əlimizdən gələni edirik" - Şahin Zəkizadənin həkimi

"Əlimizdən gələni edirik" - Şahin Zəkizadənin həkimi
18:46 9 Fevral 2017
797 Şou
Ölkə mətbuatı
A- A+

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti pisləşib.

Axşam.az-ın məlumatına görə, bu haqda APA TV-yə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının hematoloqu Şəhla Şabanova deyib.

O bildirib ki, Ş.Zəkizadə hazırda həkim nəzarətindədir:

"Şahin Zəkizadə 2016-cı ilin sentyabrından kəskin linfoblastik leykoz diaqnozu ilə  yatır. İlk kursdan etibarən remisiya əldə olunan xəstədə 3-4 ay ərzində xəstəlik təkrarlandı. Təkrarlanması xoş bir şey deyil, xəstəliyin gedişatı daha da çətinləşir. Bu durumda daha ağır protokolla daha da aqressiv yanaşılma məsləhət görülür. Hazırda dərin neytraperiya, yəni xəstənin immun sisteminin çökdürülməsi ikincili infeksiyanın qaçılmaz olması ilə nəticələnir. Bu səbəbdən vəziyyəti ağırdır. Hazırda həkimlərin iştirakı ilə konsiliumu davam etdiririk. Əlimizdən gələni edirik ki, vəziyyəti yaxşılaşsın".

Şəhla Şabanovanın sözlərinə görə, Şahin Zəkizadənin ağrıları şiddətlənib. Əgər ağırlaşmasının qarşısı alınmazsa, xəstənin yenidən reanimasiyaya yerləşdirilməsi qaçılmaz olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR