“Total” bu ilin yayında İrana 2 mlrd. dollar sərmayə qoya bilər

“Total” bu ilin yayında İrana 2 mlrd. dollar sərmayə qoya bilər
19:02 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı.9 fevral.REPORT.AZ/ “Total” şirkəti bu ilin yayında İranın “Cənubi Fars” qaz yatağına 2 mlrd. dollar investisya qoymaq barədə yekun qərar qəbul etməyə hazırdır.
“Report” xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Patrik Puyanne “Reuters” agentliyinə bildirib.
O deyib ki, əgər ABŞ tərəfindən İrana qarşı yeni sanksiya olarsa, “Total” investisiyadan imtina edə bilər: “İranla nüvə sazişi üzrə razılığa gəlinərsə, qaz layihəsi ilə bağlı müqavilə imzalayacağıq, amma əgər sanksiyalar bərpa olunarsa, biz bu ölkədə işləyə bilmərik”.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/total-bu-ilin-yayinda-i-rana-2-mlrd-dollar-sermaye-qoya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR