Adelin şəxsi həyatına 50 milyon təklif olundu

Adelin şəxsi həyatına 50 milyon təklif olundu
19:21 9 Fevral 2017
154 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Adelə məşhur realiti-proyektlərindən biri maraqlı təklif edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, layihəyə bildirilir ki, ifaçı bundan sonra həyatında baş verən bütün hadisələri mediaya açıqlamalıdır.

Bunun üçün Adelə, hətta, 50 milyon dollar da təklif olunub. Lakin sənətçi şəxsi həyatını satmaqdan imtina edib. Bu barədə açıqlama verən Adel deyib:

“İcazə verə bilmərəm ki, media bütün günü həyatımda olsun. Mənim 4 yaşlı oğlum var. Onu heç kiminlə bölmək fikrim yoxdur. Həm də bunu kiminsə həyatına müdaxilə kimi başa düşürəm”.

Qeyd edək ki, hazırda belə bir layihə Kardaşyan ailəsində istifadə olunur. Bununla həm proyektin prodüser və rəhbərləri, həm də ulduz ailənin üzvləri milyonlarla pul qazanırlar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR