Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
19:22 9 Fevral 2017
191 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, tərəflər Suriya məsələsini müzakirə ediblər.
"Bu gün Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Söhbət zamanı Suriyada böhran vəziyyəti, beynəlxalq terrorizmlə birgə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb", - Kremlin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Söhbət zamanı V.Putin Əl-Bab yaxınlığında baş vermiş insident zamanı Türkiyənin bir neçə hərbçisinin həlak olması ilə bağlı başsağlığı verib.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-ve-turkiye-prezidentleri-arasinda-telefon-danisigi-olub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR