Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibi dəyişdirilib

Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibi dəyişdirilib
19:27 9 Fevral 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
"Report" xəbər verir ki, dövlət başçısı qərar alıb ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 965 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 372; 2005, № 6, maddə 495; 2012, № 4, maddə 378; № 12, maddə 1330; 2016, № 2, (II kitab), maddə 251) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Komissiya sədrinin müavini
Fərhad Tağı-zadə - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
İsmayıl Bağırov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Elbrus Orucov - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi
Məmməd Sadıq Quliyev - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
Elxan Usubov - Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
İslam Rzayev - Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Musa Şəkiliyev - Qax Rayon İcra Hakimiyyətinin başçısı
Səbuhi Abdullayev - Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
Şair Alxasov - Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Eyvaz Qurbanov - Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Elçin Nəsibov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin inzibati və hərbi normativ aktlar idarəsinin rəisi
Azad Nağıyev - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin müdiri”.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək, Xarici İşlər Nazirliyinə isə bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-ile-rusiya-arasinda-dovlet-serhedinin-demarkasiyasi-uzre-dovlet-komissiyasinin-terkibi-de

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR