Rusiya təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı bombalayıb, 3 nəfər həlak olub, 11-i yaralanıb

Rusiya təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı bombalayıb, 3 nəfər həlak olub, 11-i yaralanıb
19:27 9 Fevral 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiyaya məxsus hərbi təyyarə Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinin yerləşdiyi binaya hava zərbəsi endirib. 
"Report" NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. 
Bu gün səhər Bakı vaxtı ilə 09:40-da baş vermiş hadisə nəticəsində Türkiyənin 3 hərbçisi həlak olub, 11 nəfər yaralanıb.
Məlumatda Rusiya rəsmilərinin hadisənin pilotun səhvi ucbatından baş verdiyini bildirərək, Türkiyə tərəfindən üzr istədikləri də vurğulanıb: "Faktla bağlı araşdırma aparılır".
Həmçinin, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək, hadisədən hədərləndiyini bildirib və başsağlığı verib".

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-teyyaresi-suriyada-turkiye-herbcilerinin-yerlesdiyi-bina

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR