“Bizdə “Neftçi”yə qarşı sindrom yaranıb” - Zaur Svanadze

“Bizdə “Neftçi”yə qarşı sindrom yaranıb” -   Zaur Svanadze
20:07 9 Fevral 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

“Kompleks şəkildə yaxşı oynamadıq. Xüsusilə müdafiə xəttində çox pis çıxış etdik. Ümid edirəm ki, növbəti oyunlarda bu vəziyyəti düzəldərik”. Bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanında “Neftçi” ilə qarşılaşan “bankirlər” 1:3 hesablı məğlubiyyətə üzülüblər.

 

Matçdan sonra gürcü mütəxəssis fikirlərini bölüşüb: “Neftçi”yə qarşı kompleks yaranıb deyəsən. Çempionatda son iki məğlubiyyəti bu komadaya qarşı oyunlarda almışıq. Hesab 1:2 olduğu zaman yaxşı şanslarımız var idi. Ancaq dəyərləndirə bilmədik. Bu, futboldu. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

 

- Elnur Abdullayevə şans verə bilərsiz?

- Ruslan Abışovun getməsindən sonra dayaq yarımmüdafiəçimiz yoxdu. Buna görə, Skarlatakeni irəli çəkmişdik.

 

- Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra komandada ruh düşkünlüyü yaranmayıb ki?

- Xeyr, belə deməzdim. Sadəcə, komandada “Neftçi”yə qarşı sindrom yaranıb. Peşəkar futbolçu meydana çıxan zaman hər şeyi unudur, yalnız oyuna köklənir.

 

- Bukmeker kontorlarında oyundan öncə “Neftçi”nin qələbəsin daha çox pul qoyulub. Futbolçularınızın bu oyunu vermək ehtimalı nə dərəcədədi? 

- Xeyr, mənim komandam belə şeylərə əl atmır.(Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bizd-neftciy-qar-sindrom-yaranb-t56158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR