Uşaqlardakı iştahsızlığın səbəbləri nədir?

Uşaqlardakı iştahsızlığın səbəbləri nədir?
20:12 9 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Vaxtından əvvəl doğulmuş uşaq, kongenital ürək xəstəliyi, yarıq damaq ilə otizm kimi hallarda valideyn uşağın sağlamlığı üçün daha həyəcanlı olur və buna görə aclıq əlamətləri göstərmədən onu yeməyə məcbur edir. Bir növ "Nə qədər çox yeyir, o qədər tez böyüyər" düşüncəsinə qapılırlar.

2. QİDALANMA KEÇİDLƏRİ
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, körpə ana südündən əlavə qidalara keçərkən çətinlik çəkir. Ana südündən qabda yemək verilməsinə, sudan qatı ərzağa keçidlər zamanı, əgər uşaq narahatlıq yaşayırsa, yeməyi istəməyə bilər. Bu da "körpəm iştahsızdır" düşüncəsinə yol açır. Bu kimi halların əmələ gəlməsinin qarşısının alınması üçün əvvəlcə, uşağın əlavə qidaya hazır olub olmadığının qiymətləndirilməsi lazımdır.
 
3. TƏBİİ SƏBƏBLƏR
 
Uşaqlar tez-tez xəstələnir, bəzən yıxılır, ya da bir yeri ağrıyır. Belə vaxtlarda iştahanın azalması və ya yemək barәdә narazılığın yaranması kifayət qədər normaldır. Bunu istisna edib uşağa zorla yemək verilməsi əslində onu yeməkdən daha da soyudur. Bu halın müvəqqəti olduğunu söyləyən mütəxəssislər israr etməməkdə fayda olduğunu vurğulayırlar.
 
4. MEXANİKİ QİDALANMA
 
Körpə qidalanmasında uyğun zaman fasilələri və miqdarın aylara görə dəyişdiyini ifadə edən mütəxəssislər, körpədə acma əlamətləri olmadan qidalanmasının yanlış olduğunu vurğulayırlar. Bundan başqa, duyğu iştirakı ilə qidalanmağın əhəmiyyətinə toxunaraq bunu etmədikdə, prosesin "mexaniki qidalanmaya" çevrildiyini deyir. Qidanı verən şəxs ilə körpə arasında uyğun və məhəbbət dolu bir ünsiyyət olmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR