Bakıda fitnes zallarından istifadə 8 min manata başa gəlir

Bakıda fitnes zallarından istifadə  8 min manata başa gəlir
20:17 9 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Son illər paytaxtda fitnes zallarına böyük maraq yaranıb. Tələbat olduğuna görə isə belə zalların sayı günü-gündən çoxalır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, zalın yerindən və təklif edilən xidmətlərdən asılı olaraq qiymətlər dəyişir. Bəzi zalların qiyməti hətta 8 min manatdan çoxdur.

Ən müasir avadanlıqlar, həkim və peşəkar idmançıların nəzarəti altında məşq, səliqəli hamam otaqları, sauna və bu kimi xidmətlər paytaxdakı idman zallarının qiymətini müəyyənləşdirən əsas amillərdəndir. Bakıdakı ən bahalı fitnes salonlarının aylıq qiyməti təxminən 400-700 manat arasında dəyişir. Hər ay belə xidmətlərdən yararlanmaq  istəyənlər il ərzində 5-8 min manat pul xərcləməlidir. Bəzi mərkəzlər, illik abunə olan müştərilərinə 60-70 faizə qədər endırım paketı də təqdım edır.

Belə bahalı fitnes salonlarında fitneslə yanaşı, bsaketbol, valeybol, kikboksinq kimi idman növləri ilə məşğul olmaqa, basyendən, saunadan, limitsiz istifadə etməyə icazə verilir. Üstəlik, belə zallar 24 saat xidmət göstərir.

Paytaxda nisbətən orta təbəqəyə xitab edən fitnes salonlarının  qiyməti isə 50-120 manatdan arasında dəyişir.

Belə fitnes salonlarında həkimlər və mütəxəssislərin daimi nəzarətinin olması ora marağı da artırır.

Hazırda Bakıda ən ucuz fitnes zallarının aylıq qiyməti 15 manat, günlük qiyməti isə 1 manatdır.

Belə zallara müraciət edənlər isə əsasən gənclər olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR