Əgər istəyirsənsə ki, sözünü eşitsinlər, mülayim ol

Əgər istəyirsənsə ki, sözünü eşitsinlər, mülayim ol
20:22 9 Fevral 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Ata ilə oğulun mübahisəsi:

Ata: Mən istəmirəm ki, sən bir də bu insanlarla dostluq edəsən. Sən özbaşınasan ki, onlara gedib-gəlirsən?
Oğul: Mən artıq böyümüşəm və dostlarımı da özüm seçə bilirəm. Məgər mən sənin dostlarına qarışıram?
Ata: Danışma! Mən nə deyirəmsə, de baş üstə! Sənin dostların avaradırlar. Ona görə də deyirəm ki, onlarla əlaqəni kəs.
Oğul: İnsanlara töhmət vurma, mən bu uşaqları çox istəyirəm. Onlar mənim dostlarımdır.
Ata: Mənim dediklərim sənin qulağına girmir?
Əgər bu mübahisəyə nəzər salsaq görərik ki, atanın dediklərində həqiqət vardır, ancaq danışıq qaydasında doğru yolu getmir. Əgər mülayim olsaydı və xoş dillə oğlunu başa salsaydı, sözsüz ki, daha faydalı olardı. Bu, həmin o sözdür ki, Allah Təala Həzrət  Musaya (ə) buyurmuşdu: "Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı)". ("Taha" 44).
O zaman ki, Musa (ə) Fironla mülayim dillə danışır, Firon onu qətl etmək fikrindən daşınır və qəbul edir ki, sehrbazlarla birlikdə öz qüdrətini göstərsin. (Tebyan)
Ona görə də əziz atalar, mehriban analar! Əgər yeniyetmə və ya cavan övladının sənin sözünü qəbul etməsini istəyirsənsə, gərək onunla mülayim rəftar edəsən. Bu övladlar Firondan da pis deyildir ki?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Həzrət Peyğəmbər (s) barəsində buyurur: "Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar". ("Ali-İmran" 159).
Qışqırmaq, fəryad çəkmək, vurmaq, kobudluq etmək istədiyin nəticəni verməyəcəkdir. Atalıq vəzifəsi bu deyilənlərlə uyğun gəlmir. Bu cür rəftar qarşı tərəfdə nifrətdən və kindən başqa bir şey yaratmaz.
Bu günün cavanlarının nəsihət eşitməyə hövsələləri azalıb. Ona görə də onları qeyri-müstəqim yolla tərbiyə etmək lazımdır. Ona görə də ilk növbədə özünüz gərək saleh və təqvalı olasınız ki, qarşı tərəf də sizə baxıb, ibrət götürsün. Bir qədər bu dil və qulağa istirahət ver və öz yaxşı əməllərinlə övladına tərbiyə verməyə çalış. Əgər nəsihət vermək istəyirsənsə, mülayim dillə et, əks halda nəticə almayacaqsan.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR