Azərbaycanda internetdən asılılığın psixoloji tədqiqatina başlanılır

Azərbaycanda internetdən asılılığın psixoloji tədqiqatina başlanılır
20:22 9 Fevral 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bütün günü evdə, işdə, yolda hətta asudə vaxtlarda belə internetdə. Xüsusilə də sosial şəbəkələr maqnit kimi insanları özünə çəkir.

Xezerxeber.az məlumat verir ki, əslində internetdən çox istifadə edənlər zamanla ondan asılı vəziyyətə düşür və proses tədricən bir sıra ciddi psixoloji problemlər yaradır.

Son zamanlar bu asılılıq elə bir hala gəlib ki, dünyanın müxtəlif yerlərində artıq bu insanların müalicəsi üçün xüsusi psixoloji mərkəzlər fəaliyyət göstərir. Mütəxəssislər internet asılılığını narkomaniya və alkoqolizmlə bir səviyyədə təhdid doğurduğunu deyirlər.

Azərbaycanda da bu asılılığın artması səbəbilə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən uşaqlar və gənc nəsil arasında internet asılılığının fərdi-psixoloji aspektlərinin elmi tədqiqatına və psixometrik təhlilinə başlanılıb.

Psixoloji testlərin və tədqiqatların əsas məqsədi yeniyetmə və gənclərin internetdən asılılığını aradan qaldırmaqdır.

Rəsmiyyə Mahmudova deyir ki, tədqiqatlarla gənclərin internetdən yanlış istifadə meyillərinin qarşısı alınacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR