“Putinin soyuq müharibəsi”ndə ŞOK ETİRAFLAR: “Prezidentə məlumat verilmişdi”

“Putinin soyuq müharibəsi”ndə ŞOK ETİRAFLAR: “Prezidentə məlumat verilmişdi”
20:28 9 Fevral 2017
163 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) miqrantlar adı altında öz casuslarını Avropa göndərirdi.

Publika.az Almaniyanın “Die Welt” nəşrinə istinadən xəbər verir ki, bu haqda FTX-dən qaçan zabit (İqor adı ilə) ZDF telekanalında göstərilən “Putinin soyuq müharibəsi” sənədli filmində deyib.

“Biz Avropaya miqrantlar adı altında maskalanmış casusları göndərməyi bacardıq. Nəticələr haqqında prezidentə məlumat verilmişdi və o, nəticələri bəyəndi”, - deyə FTX-nin keçmiş yüksək vəzifəli zabiti bildirib.

Fərari zabit polkovnikin rütbəsinə malik idi və FTX-də terror və siyasi ekstremizmlə mübarizə şöbəsinin rəhbəri vəzifəsini tuturdu. Onun sözlərinə görə, FTX hələ 2002-ci ildən çeçenləri saxta sənədlərlə təchiz edirdi. Sonralar onlar “öz vətənində təqib edilir və Avropada sığınacaq alırdılar”.

Zabit bildirir ki, Rusiya xüsusi xidmət orqanı “təqib edilən” çeçenlərin köməyi ilə Avropada agentlərin əsl şəbəkəsini yaratmağı bacarıb. “Onlar lazım gəldikdə, Kremlin xeyrinə siyasi vəziyyətə təsir etmək üçün Almaniya, Böyük Britaniya və Fransada müsəlman diasporalarına birləşirdilər. Mən bundan əminəm”, - hazırda Avropada gizlənən İqor bildirib.

İqorun məlumatına görə, bütün agentlər rejimin tənqidçilərini izləməklə məşğul olurlar.

Eyni zamanda Almaniya əks-kəşfiyyatının başçısı Hans-Qeorq Maasen iddia edir ki, FTX məqsədyönlü olaraq Almaniyaya radikal müsəlmanların axınına imkan yaradır. Onun sözlərinə görə, məqsəd ölkədə stabilliyi pozmaqdır.

“Die Welt” əlavə edir ki, Almaniya xüsusi xidmət orqanları çeçen qaçqınların sayının artmasından çoxdan şübhələnir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR