Bakıda dini radikalizmə qarşı mübarizədə gənclərin rolu mövzusunda tədbir keçirilib

Bakıda dini radikalizmə qarşı mübarizədə gənclərin rolu mövzusunda tədbir keçirilib
20:42 9 Fevral 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 9 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsi 236 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Hatəm Gülməmmədov, Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, məktəbin direktoru Xanlar İmaməliyev, Səbail RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Nağıyev, Badamdar qəsəbə bələdiyyəsinin nümayəndəsi Fəxrəddin Quliyev, din xadimi Sadiq Əsgərov, müəllim və şagirdlər iştirak ediblər.
X.İmaməliyev orta məktəblərdə dini radikalizmlə bağlı keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
N.İmanov dini radikalizmin mahiyyəti, onun milli-mənəvi və dini dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib.
İsrafil Kərimov rayondakı mövcud dini vəziyyət, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizmlə mübarizədə aparılan tədbirlər barədə danışıb.
Polis polkovnik-leytenantı A.Nağıyev hazırda dini radikalizmlə mübarizənin hüquq-mühafizə orqanları qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Din xadimi Sadiq Əsgərov dini radikalizmin yaranmasının əsas səbəblərindən söz açıb.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş etdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/din/bakida-dini-radikalizme-qarsi-mubarizede-genclerin-rolu-movzusunda-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR