PKK ilə əlaqə şübhəsi: 58 nəfər həbs olundu

PKK ilə əlaqə şübhəsi: 58 nəfər həbs olundu
20:42 9 Fevral 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə terrorçu PKK qruplaşması ilə əlaqədə şübhəli bilinən 58 nəfər həbs edilib.

Milli.Az "Report"a istinadən bildirir ki,terrorçularla əlaqədə şübhəli bilinən 75 nəfərin tutluması istiqamətində 74 üvanda eyni zamanda əməliyyat keçirilib. Onların 58-i həbs edilib. Şübhəlilər Türkiyədə yaxın günlərdə bombalı, silahlı, molotovkokteylli terror aktları keçirməyi planlaşdırıblar.
Məlumatda bildirilib ki, axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı evlərdən tapança, tüfəng, narkotik maddə, güllə, fişəng, benzin, terrorçu qruplaşmaya aid çoxlu sayda kitab, jurnal, qəzet, sənəd, rəqəmsal avadanlıq aşkar edilərək götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/515994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR