Hansı namazlar bərkdən, hansılar yavaşdan qılınır?

Hansı namazlar bərkdən, hansılar yavaşdan qılınır?
20:47 9 Fevral 2017
225 Ölkə
Ölkə mətbuatı
A- A+

Hansı namazlar bərkdən, hansılar yavaşdan qılınır? Bunların həddi və ölçüsü nədir?

Namazların qiraət hissəsi, yəni Fatihə və sonrakı surə, eləcə də, təsbihati-ərbəə bəzən yavaş, bəzən də uca səslə qılınır. Uca səslə edilən qiraətə "cəhr", asta səslə oxunan qiraətə isə "ixfa" deyirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, gündəlik namazlardan sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində qiraət bərkdən oxunur. Məğrib namazının üçüncü rükəti, işa namazının üçüncü və dördüncü rükətləri astadan qılınır. Zöhr və əsr namazlarının bütün rükətlərində qiraət astadan edilir. Ucadan qiraətin həddi budur ki, adamın yanında duran adam onun nə dediyini eşitsin və başa düşsün. Bu zaman səsi həddən artıq yüksəldib çığırmaq olmaz. Astadan qiraət isə pıçıltı deməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/515206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR