Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgilərə dəvət olunublar

Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgilərə dəvət olunublar
20:47 9 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ Hindistanın Ekspo Mərkəzində III “Xidmətlərin Qlobal Sərgisi (GES)” keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, sözügedən sərgi bu il aprelin 17-dən 20-dək davam edəcək.
Eyni zamanda aprelin 20-22-ə III “Hindistan Polad Sərgisi” də baş tutacaq. Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən iş adamları sərgilərdə iştiraka dəvət olunublar.
Tədbirlərdə iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycanli-is-adamlari-hindistanda-kecirilecek-sergilere-devet-olunublar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR