Təmas xəttinə hərbi texnika toplanır - BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQ

Təmas xəttinə hərbi texnika toplanır - BÖYÜK MÜHARİBƏYƏ HAZIRLIQ
20:48 9 Fevral 2017
514 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna ordusu mümkün hücum əməliyyatı üçün separatçılarla təmas xəttinə tanklar və ağır artilleriya toplayır.

Publika.az xəbər verir ki, bu haqda SİTA agentliyinə “Luqansk Xalq Respublikası” separatçı qurumun “xalq milisi”nin nümayəndəsi Andrey Marçenko deyib. Onun sözlərinə görə, Ukrayna tərəfinin aktivliyi Debaltsevo və Avdeyevkada xüsusi müşahidə edilir.

“Ukrayna ordusunun hərbi qulluqçuları Avdeyevka və Debaltsevo ərazidə mümkün hücum əməliyyatı üçün güc toplayırlar. Bizim informasiyamıza görə, dünən Xarkov vilayətindən təmas xəttinə Ukrayna Silahlı qüvvələri hərbi texnikasının böyük kolonu - tanklar, “Qrad” və “Uraqan” reaktiv yaylım atəş sistemləri, BMP-lər, BTR-lər, şəxsi heyət və döyüş sursatları ilə avtomobillər hərəkət edib”, - deyə Marçenko bildirib.

Onun sözlərinə görə, Slavyansk ərazisində kolon bölünüb, hərbi texnikanın bir hissəsi Avdeyevkaya, digər hissəsi isə Mironovskiyə göndərilib.

Fevralın 7-də isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib ki, Rusiya Donbasın işğal edilmiş ərazisinə hərbi texnika, silah, döyüş sursatları, həmçinin hərbi qulluqçuların çatdırılmasını aktivləşdirib.

Turçinov qeyd edib ki, yalnız son üç gün ərzində Rusiyadan Donbasa xeyli sayda tanklar, BMP (piyada döyüş maşını), “Qrad” yaylım atəş sistemləri, həmçinin “Pion” və “Giasint” özüyeriyən artilleriya sistemləri gətirilib. O, həmçinin bildirib ki, Rusiyanın hərbi komissarlıqlarında Ukraynanın şərqində döyüş əməliyyatları üçün müqaviləli əsaslarla döyüşçülərin açıq şəkildə toplanması gedir.

Turçinov əlavə edib ki, Rusiya Ukraynada təcavüzkar hərəkətlərini beynəlxalq cəmiyyətdən gizlədə bilməyəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR