Gürcüstan-Azərbaycan-Türkiyə arasında yeni sərhəd məntəqələri tikiləcək

Gürcüstan-Azərbaycan-Türkiyə arasında yeni sərhəd məntəqələri tikiləcək
20:52 9 Fevral 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 9 fevral. REPORT.AZ/ ABŞ-ın Hərbi Təhdidlərin Azaldılması Agentliyinin nümayəndələri Gürcüstanda səfərdədir. Nümayəndə heyətinin rəhbəri, agentliyin rəis müavini, kontr-admiral Skott Ceabek fevralın 9-da Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvili ilə görüşüb.
DİN-dən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, görüşdə Gürcüstanın dövlət sərhədlərinin gücləndirilməsi məsələləri müzakirə olunub. Gürcüstan ilə Azərbaycan arasında “Qasımlı” və Gürcüstan ilə Türkiyə arasındakı “Keda” sərhəd məntəqələrinin tikintisi məsələləri diqqət mərkəzində olub.
Tərəflər, həmçinin Gürcüstan ilə Ermənistan arasındakı “Sadaxlı” keçid məntəqəsində “Dövlət sərhədlərinin modernləşdirilməsinə dair” ABŞ-la imzalanmış saziş əsasında elektron monitorinq sisteminin fəaliyyətini də müzakirə ediblər.
Tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, dövlət sərhədlərinin modernləşdirilməsinə dair 2016-cı ildə imzalanmış sazişə əsasən, ABŞ Gürcüstana mərhələlərə 10 milyon dollar vəsait ayıracaq.


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustan-azerbaycan-turkiye-arasinda-yeni-serhed-menteqeleri-tikilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR