Dünyada hər 6 saniyədə bir insan siqaretdən ölür

Dünyada hər 6 saniyədə bir insan siqaretdən ölür
20:57 9 Fevral 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 9 fevral. REPORT.AZ/ Dünyada hər 6 saniyədə bir, ildə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu 9 Fevral - "Dünya siqaretdən imtina günü" münasibətilə Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.
ÜST siqaretdən istifdənin azaldılmayacağı təqdirdə bu sayın 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.
Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliya var. Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/dunyada-her-6-saniyede-bir-insan-siqaretden-olur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR