İnfarkt keçirən Nurlan Əzizbəylinin son vəziyyəti

İnfarkt keçirən Nurlan Əzizbəylinin son vəziyyəti
21:01 9 Fevral 2017
728 Şou
Ölkə mətbuatı
A- A+

İnfarkt keçirən müğənni Nurlan Əzizbəylinin səhhəti düzəlmək üzrədir.

Axşam.az-ın məlumatına görə, İstiPress-ə açıqlama verən müğənninin həyat yoldaşı Nərmin Əzizbəyli sənətçinin hələ də yataq xəstəsi olduğunu bildirib:

"Hələ tam olaraq düzəlməyib. Müalicəsi davam edir. Həkimlər yazan dərmanlarını qəbul edir. Şükür Allaha ki, yaxşılığa doğru gedir. Qəbul etdiyi dərmanlar təsirini göstərir. Ümidimiz Allahadır. İnşallah ki, daha yaxşı olar".

Xatırladaq ki, Nurlan Əzizbəyli dekabr ayının 28-i qəfildən halı pisləşib. Həkim müayinəsindən sonra sənətçinin mikro infarkt keçirdiyi məlum olub. İmkansızlıq üzündən müğənninin müalicəsi ev şəraitində keçirilib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=66306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR