“Azərreyl” Fransa çempionuna şans vermədi

“Azərreyl” Fransa çempionuna şans vermədi
21:04 9 Fevral 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “Azərreyl” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Bakıda Fransa çempionu “Sen-Rafael”i qəbul ediblər.

 

Qarşılaşmada aşkar favorit olan Famil Ağayevin yetirmələri rahat qələbə qazanıblar. Səfərdə 3:1 hesabı ilə qalib gələn Azərbaycan çempionunu doğma divarlar arasında rəqibinə şans verməyib.

 

Hazırda yaxşı formada olan “Azərreyl” hər üç setdə inamlı qələbə qazanaraq matçı quru hesablı qələbə başa vurub.

 

 

 

Çempionlar Liqası

C qrupu

III tur

 

9 fevral

“Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)

Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

 

 

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

4

3

1

6-5

301-293

9

3.

Dabrova Qornitsa (Polşa)

4

1

3

5-10

329-346

3

4.

Sen-Rafael (Fransa)

4

0

4

2-12

267-338

0

 

Qeyd edək ki, “Azərreyl”lə “Sen-Rafael” oyunlarının yerini dəyişib. Bu səbəbdən də onlar öncə IV turun səfərə oyununu keçirib, indi isə III turun ev qarşılaşmasına çıxacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR