Mosul və Rəqqa terror qrupundan alına bilər

Mosul və Rəqqa terror qrupundan alına bilər
21:12 9 Fevral 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda yüksək rütbəli ABŞ komandiri növbəti altı ay ərzində İŞİD qrupuna qarşı döyüşən qüvvələrin Mosul və Rəqqa şəhərlərini terror qrupundan geri alacaqlarına inandığını bildirib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, İraq qüvvələri Mosulun şərqinə nəzarəti əla alıb və bu yaxınlarda şəhərin qərb hissəsinə keçməyi planlaşdırır.

"Amma bu o demək deyil ki, İŞİD ərazini tərk edir. Onlar hələ də o ərazidə olacaqlar. Onlar taktikalarını dəyişəcəklər. Lakin biz Mosul və Rəqqa şəhərlərini geri aldıqdan sonra onlar fiziki olaraq xəlifətin mövcudluğunu iddia edə bilməyəcəklər" deyə komandir Stefen Taunsend bildirib.

Mosul İraqın ikinci ən böyük şəhəri və İŞİD qrupu tərəfindən ələ keçirilən şəhərlər arasında əhalisinin sayı ən çox olan şəhərdir.

Rəqqaya gəldikdə isə koalisiya sözçüsü müxbirlərə bildirib ki, onlar növbəti bir neçə həftədə İŞİD-ın de-fakto paytaxtını təcrid edəcəklərini ehtimal edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR