Somalidə yeni prezident seçilib

Somalidə yeni prezident seçilib
21:12 9 Fevral 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Çərşənbə axşamı somalili qanunvericilər yeni prezident seçiblər. Onların seçdikləri prezident isə ikili ABŞ-Somali vətəndaşlığı olan sabiq baş nazirdir.

"Farmaco" adı ilə tanınan Məhəmmməd Abdullahi Məhəmməd Moqadişuda Somali parlametində keçirilən iki mərhələdən ibarət səsvərməin qalibi elan edilib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ikinci mərhələdə Farmaco səslərin əksəriyyəti qazanaraq, hazırkı başçı Həsən Şeyx Məhəmməd və keçmiş prezident Şeyx Şərif Şeyx Əhməd geridə qoyub.

Yeni prezident tez bir zamanda and içərək təhlükəsizliyi yaxşılaşdıracağına, korrupsiyya qarşı mübaicə edəcəyinə eləcə də yoxsullara yardım edəcəyinə söz verib.

54 yaşlı Farmaco həyatının çox hissəsini ABŞ-ın Baffalo şəhərində keçirib. Orada o, ailəsi ilə birlikdə yaşayıb və Nyu-York ştatının hökümətində bir sıra vəzifələrdə çalışıb.

Lakin o, yenə də, Somalidə siyasətlə maraqlanmağa davam edib və 2010-2011-ci illərdə islamçı militant qrup Əl-Şəbabın apardığı qiyam ərəfəsində səkkiz ay boyunca Somalinin baş naziri vəzifəsində çalışıb.

Farmaconun qarşısında Əl-Şəbabı aradan qaldırmaq və 1990-cı illərdən bəri münaqişələrə boğulan ölkəni sabitləşdirmək kimi çətin öhdəliklər var.

Bundan əlavə, yardım agentlikləri zorakılıq və quraqlıq səbəbilə yüz minlərlə somalinin aclıqla üzləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR