67-ci "Berlinale" film festivalı bu gün başlayır

67-ci "Berlinale" film festivalı bu gün başlayır
21:12 9 Fevral 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bu il 67-cisi baş tutacaq qısa adı "Berlinale" olan "Berlin Beynəlxalq Film Festivalı" bu gün fevralın 9-u başlayır. Festival fevralın 19-na qədər davam edəck.
Festivalın rəsmi saytında məlumat verilir ki, builki festivala tam 399 film qatılacaq ki, bunların 125-nin rejissorları qadınlardır.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, builki festivalda yayımlanacaq filmlər əsasən siyasi ağırlıqlı filmlərdir. Məsəlçün fin rejissoru Aki Kaurismäk-ın bu il ilk dəfə festivalda göstəriləcək "Ümüdün o biri üzü" filmi Avropadakı mühacir probleminə həsr olunub. Xüsusilə festivalın sənədli filmlər bölümündə əsasən mühacir problemindən bəhs edən çoxlu sayda film göstəriləcək. Festivalın rəhbəri Dieter Kosslick media açıqlamasında deyib ki, builki festivalda çoxlu sayda komdediya filmləri var.

Festivalın açılışında Hollywood​-dan çoxlu sayta ulduzların Berlinə gələcəyi gözlənilir. Onlar arasında Richard Gere, Ethan Hawke, Cillian Murphy və Robert Pattinson​-un adı çəkilir. Avropa ölkələrindən isə festivalda Cécile de France, Penélope Cruz, Catherine Deneuve və Kristin Scott Thomas​ iştirak edəcək.

Festivalın proqramında göstərilir ki, 9-19 fevral arası fin rejissoru Aki Kaurismäki-nin yeni filmindən başqa, polyak rejissor Agnieszka Holland-ın, britaniyalı rejissor Sally Potter-in, cənubi koreyalı Hong Sangsoo-nun, ispaniyalı Alex de la Iglesia-nın, amerikalı James Mangold-un və s. dünyaca tanınmış rejissorların filmləri məhz Berlinaledə ilk dəfə göstəriləcək. Bu ilk festivalda ən çox, yəni düz 74 filmlə iştirak edən isə Almaniyadır.

Xatırladaq ki, "Berlinale" film festivalı 1951-ci ildən keçirilir və əsasən Avropadan festivala qatılan filmlərə mükafat olaraq Qızıl ayı və Gümüş ayı fiqurları verilir.

Festivalın "Yarış", "Panorama", "Forum", "Generation", "Alman filmləri perespektivi", "Berlinale qısa filmləri" və "Retrospektiv filmlər" adlı bölümləri var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR