Dünya voleybolunun əfsanəsi Bakıda

Dünya voleybolunun əfsanəsi Bakıda
21:32 9 Fevral 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Dünya voleybolunun ən məşhur simalarından biri olan Nikolay Karpol Bakıya qısamüddətli səfər edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,"Uraloçka"nın baş məşqçisi Çempionlar Liqasının IV turu çərçivəsində İstanbulda baş tutan "Vakıfbank"la oyundan sonra bir neçə saatlıq paytaxtımızda olub.
 
O, Azərbaycan Voleybol Federasiyasnını vitse-prezidenti Faiq Qarayevlə görüşüb. Azərbaycan voleybolunun inkişaf perspektivləri haqqında müzakirələr edən mütəxəssislər fikir mübadiləsi aparıblar.
 
Daha sonra ölkəmizdə və Gürcüstanda keçiriləcək voleybol üzrə Avropa çempionatına hazırlıqların gedişatı ilə maraqlanan Karpol milli komandamız haqqında da danışıb.
 
Qonaq "Uraloçka"nın hazırkı vəziyyəti və planları haqqında da müsahibinə məlumat verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR