“Azərreyl” Fransa çempionunu məğlub etdi - Çempionlar Liqası

“Azərreyl” Fransa çempionunu məğlub etdi - Çempionlar Liqası
21:32 9 Fevral 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Azərreyl" Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "dəmiryolçular" Bakıda Fransa çempionu "Sen-Rafael"i qəbul ediblər.

Qarşılaşmada aşkar favorit olan Famil Ağayevin yetirmələri rahat qələbə qazanıblar. Səfərdə 3:1 hesabı ilə qalib gələn Azərbaycan çempionunu doğma divarlar arasında rəqibinə şans verməyib.

Hazırda yaxşı formada olan "Azərreyl" hər üç setdə inamlı qələbə qazanaraq matçı quru hesablı qələbə başa vurub.

Çempionlar Liqası

C qrupu

III tur

9 fevral

"Azərreyl" (Azərbaycan) - "Sen-Rafael" (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)

Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)

Bakı. "Azərreyl" Voleybol Mərkəzi

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

4

3

1

6-5

301-293

9

3.

Dabrova Qornitsa (Polşa)

4

1

3

5-10

329-346

3

4.

Sen-Rafael (Fransa)

4

0

4

2-12

267-338

0

Qeyd edək ki, "Azərreyl"lə "Sen-Rafael" oyunlarının yerini dəyişib. Bu səbəbdən də onlar öncə IV turun səfərə oyununu keçirib, indi isə III turun ev qarşılaşmasına çıxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/516006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR