Milli Nüvə Tədqiqatları Mərkəzi: "Metsamor"da təhlükə azalmayıb

Milli Nüvə Tədqiqatları Mərkəzi: "Metsamor"da təhlükə azalmayıb
21:32 9 Fevral 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən il təmir işlərinin həyata keçirilməsinə baxmayaraq, Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) yenə də bölgə üçün təhlükəli obyekt olaraq qalır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, "Metsamor" AES-də ötən il ərzində aparılan müəyyən təmir işləri yalnız cari xarakterli olub.
A.Qəribovun sözlərinə görə, istismar müddəti 10 il, yəni 2026-cı ilədək uzadılan AES hazırda fəaliyyət göstəririr.
Mərkəz sədri əlavə edib ki, AES-dəki təmir işlərindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi reaktorun vəziyyətini yoxlayaraq nəticəni qənaətbəxş hesab etsə də, AES-in təhlükəliliyi, onun bölgəni radioaktiv tullantılarla çirkləndirmə səviyyəsi azalmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/516004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR