Rəqqasə Fatimə: "Mən yox, siz xərçəng xəstəsisiniz"

Rəqqasə Fatimə: "Mən yox, siz xərçəng xəstəsisiniz"
21:47 9 Fevral 2017
919 Şou
Ölkə mətbuatı
A- A+

Rəqqasə Fatimə Fətəliyevanın xərçəng xəstəsi olduğu haqda xəbərlər yayılıb.

Milli.Az istipress.com-a istinadən bildirir ki, bu haqda məlumat yayan rəqqasə haqqında yazılan xəbərin yalan olduğunu bildirib:

"Allah bu xəstəlikdən əziyyət çəkənlərə şəfa versin. Əvvəla, mən xərçəng xəstəsi deyiləm. Bu xəstəlikdən siz özünüz əziyyət çəkirsiniz. Bütün qələm sahiblərinə çox böyük hörmətim var. Amma bəziləri bilmir ki, jurnalistika nədir. Bir şeyi araşdırmamış nəyə görə yalan məlumat yayırlar? Reytinq xatirinəmi? Allaha şükür, mən çox yaxşıyam. Yeni layihə üzərində çalışıram. Nəticəsini yaxın zamanda görəcəksiniz. Siz bilmirsiniz ki, yalan məlumat verəndə başınız ağrıya bilər?! Allah sizə şəfa versin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/516011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR