Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidə rəqibləri müəyyənləşib

Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə seçkidə rəqibləri müəyyənləşib
21:57 9 Fevral 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 fevral. REPORT.AZ/ UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədlərin yekun siyahısı müəyyənləşib.
"Report"un məlumatına görə, UEFA-nın aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək konqresində İcraiyyə Komitəsinə seçilmək uğrunda 8 yer üçün 13 namizəd mübarizə aparacaq.
AFFA-nın baş katibi Elxan Məmmədovun da daxil olduğu namizədlərin siyahısı belədir:
Zbiqnev Bonek (Polşa), Kayrat Boranbayev (Qazaxıstan), Con Delani (İrlandiya), Armand Duka (Albaniya), Devid Gill (İngiltərə), Raynhard Qrindel (Almaniya), Marios Lefkaritis (Kipr), Elxan Məmmədov (Azərbaycan), Karl-Erik Nilsson (İsveç), Kiran O Konnor (Uels), Miçele Uva (İtaliya), Mixael van Praaq (Hollandiya), Servet Yardımcı (Türkiyə).

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/elxan-memmedovun-uefa-i-craiyye-komitesine-seckide-reqibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR