Yerə nə zaman enəcəyik? - Dünyanın 6 ən uzun aviamarşurutu

Yerə nə zaman enəcəyik? - Dünyanın 6 ən uzun aviamarşurutu
22:03 9 Fevral 2017
896 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin fevral ayının əvvəlində Qatar Airways dünyada ən uzun kommersiya uçuşunu reallaşdırdı. Uçuş Dоhadan (Qətər) Oklendə (Yeni Zellandiyaya) baş tutmuşdu. Bu uçuşdan sonra ən uzun aviamarşurutların siyahısı hazırlanıb.

Publika.az uzun məsafəli aviamarşurutları təqdim edir:

Doha – Oklend 14,5 min kilometr

Qatar Airways aviaşirkəti

Reysin nömrəsi: QR 920. 2017-ci ilin fevralında reallaşdırılıb.

Uçuş vaxtı 16 saat 23 dəqiqə. (əks reys - 18 saatdan çox)

Təyyarə: Boeing 777

Salonda ekonomklassda 217, biznes-klassda 42 yer olub. Ekipajın tərkibinə 4 pilot, 15 bort baxıcısı daxildir.

Əks reysin 18 saat olmasına gəlincə, küləyin əsmə istiqamətinə görə, sərnişinlər havada 2 saat artıq qalırlar.

Dubay – Oklend, 14,2 min kilometr

Emirates aviaşirkəti

Reysin nömrəsi: EK 449, Uçuş 2016-cı ilin martında reallaşdırılıb.

Uçuş saatı: 17 saat 25 dəqiqə

Təyyarə: Airbus А380

Uçuş 17 saat olub.

Dallas- Sidney 13,8 min kilometr

Qantas aviaşirkəti

Reysin nömrəsi QF 8, Uçuş 2014-cü ilin sentyabrında reallaşdırılıb

Uçuş saatı 16 saat 55 dəqiqədir.

Təyyarə: Airbus A380-800

Bu Avstraliya və ABŞ-ın şərq sahili arasında tək birbaşa reysdir. Təyyarə həftənin 2-ci günləri istisna olmaqla hər gün uçur. Təyyarədə 64 yer biznes-klass, 35 yer premium-ekonomklass, 371 yer ekonomklass üçün nəzərdə tutulub.

San-Fransisko - Sinqapur, 13,6 min kilometr

United Airlines, Singapore Airlines aviaşirkəti

Reysin nömrəsi UA I, uçuş 2016-cı ildə reallaşdırılıb.

Uçuş saatı 16 saat 30 dəqiqədir. (17 saat 15 dəqiqə qış cədvəli üzrə)

Təyyarə: Boeing 787-9 / Airbus A350-900

Yohannesburq - Atlant, 13,6 min kilometr

Delta Airlines aviaşirkəti

Reysin nömrəsi DL 201, uçuş 2009-cu ildə reallaşdırılıb.

Uçuş saatı 16 saat 50 dəqiqədir. (16 saat 55 dəqiqə qış cədvəli üzrə)

Təyyarə: Boeing 777-200LR

Əbu-Dabi - Los-Anceles, 13,5 min kilometr

Etihad Airways aviaşirkəti

Reysin nömrəsi: EY 171, 2014-cü ilin iyununda uçuş reallaşdırılıb

Uçuş saatı 16 saatlarla 30 dəqiqə

Təyyarə: Boeing 777-200LR

BƏƏ-nin paytaxtına əvvəlcə Airbus A340-500 uçuş reallaşdırırdı. Salon 240 sərnişin (12 birinci klass, 28 biznes-klass, 200 yer isə ekonomklassda var idi) tuturdu. 2014-cü ilin iyulundan uçuş Boeing 777-200LR ilə həyata keçirilir. İndi ekonomklassda yer daha azdır. Cəmi 189 yer var. Əvəzində biznes-klass salonu 40 kresloya malikdir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/187088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR