Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq olub

Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq olub
22:05 9 Fevral 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsində oğurluq hadisəsi baş verib. Marabda-Axalkalaki-Qars dəmir yolu xəttində 86 kiloqram ağırlığında mis kabel oğurlanıb. Oğurlanmış kabel "Atef Georgia" MMC-yə məxsusdur.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, kabel oğurluğu ilə əlaqədar olaraq 3 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Onlardan biri Samsxe Cavaxetidəki Ninosminda rayonunda yaxalanılıb. Məlum olub ki, saxlanılan İ.P. Marabda-Axalkalaki-Qars dəmir yolunun Ninosminda hissəsində "Atef Georgia" MMC-yə məxsus 86 kiloqram həcmində mis kabeli oğurlayaraq İ.M. və B.Q. adlı şəxslərə satıb. Saxlanılan şəxslərin avtomobilinə baxış zamanı oğurlanan kabel maddi sübut kimi götürülüb.
İlkin hesablamalara görə, "Atef Georgia" MMC-yə 1558 ABŞ dolları və 2050 lari dəyərində ziyan dəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/516014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR